KHVTİC-ə 2011-ci ildəki fəaliyyətinə görə 200 medal

MDB Orudya, Donanmaya və Aviasiyaya Könüllü Yardım Cəmiyyətləri Şurası Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə (KHVTİC) 2011-ci ildə aktivliyinə görə 200 medal verib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə KHVTİC sədri, general-mayor Novruzəli Orucov məlumat verib.

Generalın sözlərinə görə, 2011-ci ildə KHVTİC keçirdiyi tədbirlərin sayına görə MDB-də birinci olub. Şuranın yanvarın 19-da keçirilmiş toplantısında bunla bağlı fikirlər səsləndirilib və Azərbaycan təcrübəsinin digər MDB dövlətlərində tətbiq edilməsi tövsiyyə edilib.

Qeyd edək ki, ötən il KHVTİC tərəfindən snayper, paraşüt-desant, mühəndis istehkamçı kursları açılıb. Eyni zamanda kəşfiyyatçı kurslarının yaradılmasına start verilib. Bundan əlavə Cəmiyyət tərəfindən gənclər arasında bir sıra tədbirlər reallaşdırılıb, həmçinin sabiq prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş paraşütdən tullanma üzrə MDB birinciliyi keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş