Kimya Qoşunlarının döyüş hazırlığı yoxlanılıb – FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirmək, qarşılıqlı əlaqənin təşkili üzrə təcrübə mübadiləsini həyata keçirmək, həmçinin şəxsi heyətin bölmələr tərkibində kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq olub.

Şəxsi heyət ərazinin maketi, xüsusi texniki vasitə və avadanlıqlar, kimya-müşahidə postu, kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları ilə tanış olublar.

Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirib və onların fəaliyyəti yüksək qiymətləndirilib.

kimyat2

kimyat3

kimyat4

kimyat5

kimyat6

kimyat7

KATEQORIYA:
Bu xəbəri paylaş