Kiyevdə zirehli katerin təqdimatı keçirilib – FOTOLAR

Ukraynanın paytaxtı Kiyevdə “Gurza-M” layihəli modernləşdirilmiş zirehli katerin təqdimatı keçirilib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumata görə, Ukraynanın “Zavod Leninskaya kuzniça” şirkətinin istehsalı olan zirehli kater müasir silahlarla da təchiz olunub.

NATO standartları ilə tikilən “Gurza-M”in 2 ədədi ilkin olaraq Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmi parkına daxil olacaq.

Məlumatda o da bildirilib ki, kater raket-artilleriya sistemi ilə də təchiz olunacaq.

1

2

3

KATEQORIYA:
Bu xəbəri paylaş