“Koalisiya-SV” özüyeriyən haubitsanın sınaqları davam etdirilir

“Koalisiya-SV” özüyeriyən haubitsanın sınaqları davam etdirilir

Rusiya müdafiə sənayesinin istehslı olan 2S35 “Koalisiya-SV” özüyeriyən artilleriya sistemlərinin 2022-ci ildə dövlət sınaqlarının başa çatacağı planlaşdırılır.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiyanın “Uralvaqonzavod” dövlət şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, dövlət sınaqları yekunlaşdıqdan sonra Rusiya Silahlı Qüvvələri 2S35 “Koalisiya-SV” özüyeriyən haubitsaları silahlanmaya qəbul edəcək.

152 mm kalibrli 2A88 idarə olunan mərmilərlə silahlanan “Koalisiya-SV” haubitsaları, hədəfə dəqiq atəş açmaq bacarığına malikdir. Mərmilərin korrektəsi QLONASS naviqasiya sistemi vasitəsi ilə həyata keçirilir. Sistem dəqiqədə 10-dan çox atış həyata keçirə bilər. Özüyeriyən artilleriya sistemi qüllə daxilindən idarə edilən bir ədəd “Kord” pulemyot ilə təchiz olunub.

2S35 “Koalisiya-SV” nəzarət məntəqələrinin, artilleriya və minaatan batareyaları, zirehli texnikanın, komanda məntəqəsi, rabitə qovşağı, həmçinin düşmənin potensial canlı qüvvəsi, tank, hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Koalisiya-SV” haubitsaları ilk dəfə 2015-ci ildə Rusiyada keçirilmiş hərbi paradda geniş ictimaiyyətə nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş