Komandan gecə uçuşuna qalxaraq terrorçuların düşərgəsini bombaladı – FOTO

Türkiyə Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal PKK terrorçularının düşərgələrinin bombalanmasında şəxsən iştirak edib.

“AzeriDefence”nin Türkiyə Hava Qüvvələrinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 26-da A. Ünal 181-ci Reaktiv Təyyarələr bazasında olub. Hərbi bazanı ziyarət çərçivəsində ordu generalı A. Ünal döyüş təyyarəsinə əyləşərək gecə uçuşlarını komanda edib.

Gecə vaxtı aşağı yüksəklikdən uçub hədəfləri aşkarlayaraq müasir sursatlarla məhv ediilməsi üçün nəzərdə tutulan LANTIRN sistemindən istifadə edən komandan hədəfləri məhv etdikdən sonra bazaya dönüb. Uçuş zamanı o, Gecə Gözlüyündən istifadə edib.

6557-20151001111244-dsc_9583

6557-2015100111135-dsc_9608

6557-20151001111314-dsc_9635

6557-20151001111332-dsc_9638

6557-20151001111348-dsc_9690

6557-20151001111354-dsc_9698

KATEQORIYA:
Bu xəbəri paylaş