“Kommersant”: Belarus “Polonez”ləri Azərbaycana bu il ixrac edəcək

Belarus 2018-ci ildə 10 ədəd “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sisteminin ilk ixracını həyata keçirməyi planlaşdırır.

“AzeriDefence”nin “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, “Polonez” YARS-ların ilk tədarükünün Azərbaycana olacağı ehtimal olunur.

Belarus Müdafiə Nazirliyinə yaxın mənbənin “Kommersant”a  verdiyi aşıqlamaya görə, müqaviləyə əsasən çatdırmaya “Polonez” batareyasının döyüş idarəetmə maşını, yükləyici maşın və işəsalma maşını, raketlər, radiolokasiya stansiyaları və s. daxildir.

Həmçinin bax:“İsgəndər”ə qarşı “Polonez”

KATEQORIYA:
Bu xəbəri paylaş