“Kongsberg” 20 000-ci “Protector”u sifarişçiyə təhvil verib

“Kongsberg” 20 000-ci “Protector”u sifarişçiyə təhvil verib

Norveçin “Kongsberg” şirkəti 20 mininci “Protector” distans döyüş modulunu sifarişçiyə təhvil verib.

“Azeri Defence”nin bildirdiyinə görə, bu barədə “Kongsberg” şirkətinin yaydığı məlumatda bildirilib.

1999-cu ildən etibarən Norveç Silahlı Qüvvələri tərəfindən istifadə olunan “Protector” döyüş modulu 5.56 mm-lik tüfənglərdən 30 mm-lik toplara, tank əleyhinə və hava hücumundan müdafiə raketləri və müxtəlif sensor paketləri ilə inteqrasiya olunur.

Bu günədək “Protector” döyüş modulu aralarında Norveç, ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada, Avstraliya, Hollandiya və İsveçrə də olmaqla 23 ölkəyə satılıb.

21 il ərzində təkcə ABŞ-a 17000-dən çox “Protector” döyüş modulu satılıb. Bunların bir qismi ABŞ Ordusunun M1V3 “Abrams” tanklarının qülləsində quraşdırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş