Kongsberg F-35 təyyarəsiı üçün JSM raketini təqdim edib

Norveçin Kongsberg F-35 təyyarəsi üçün hazırlanan JSM (Joint Strike Missile) raketinin birinci füzelyajını təqdim edib. Bu barədə “AzeriDefence” Kongsberg şirkətinin saytına istinadən məlumat verib.

JSM dəniz NSM raketinin (Naval Strike Missile) bazasında hazırlanmış çoxməqsədli raketdir. Norveç Müdafiə Nazirliyi və digər şirkətlərlə əməkdaşlıqd çərçivəsində yaradılan yeni raket F-35 təyyarəsində tətbiq ediləcək yeganə gəmi əleyhinə raketdir.

F-35 daxili silah bölmələrində iki belə raket daşıya biləcək.

JSM 280 kilometrə qədər məsafədə gəmilərə qarşı tətbiq ediləcək. Raket həmçinin yerüstü güclü zirehə malik hədəflərin məhvi üçün istifadə oluna bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş