“Kongsberg” şirkəti dekabr ayında 84.9 mln. dollarlıq döyüş modulu sifariş alıb

“Kongsberg” şirkəti dekabr ayında 84.9 mln. dollarlıq döyüş modulu sifariş alıb

Norveçin “Kongsberg” şirkəti dekabr ayında Avropanın üç dövlətinin ordusundan “Protector” məsafədən idarə olunan döyüş modulu sifariş alıb.

“AzeriDefence”nin məlumatına görə, dekabrın 3-də şirkət “Protector” döyüş modulunun ixracına dair İsveçrə ilə 26,05 milyon ABŞ dolları (230 mln. kron), dekabrın 4-də Almaniya ilə 28.3 milyon ABŞ dolları (250 mln.kron), Danimarka ilə 30,6 milyon ABŞ dolları (270 mln.kron) dəyərində müqavilə imzalayıb.

İsveçrə 2007-ci ildən “Protector” döyüş modulunun istifadəçisidir

Şirkət açıqladığı məlumatda Almaniya Silahlı Qüvvələrinin “Protector” silah stansiyasına əsaslanan antidron sistemini (C-UAS) sifariş verdiyini duyurub. Almaniya “Protector” silah stansiyasına malik C-UAS həllini əldə edən ilk ölkədir. C-UAS həllinin yaradılmasında “Kongsberg” “Hensoldt” şirkəti ilə sıx əməkdaşlıq edib. Sistemə dronların aşkarlanması məqsədi ilə “Hensoldt” şirkətinin üçüncü nəsil “Spexer” radarı inteqrasiya olunub. Qülləyə airburst (proqramlaşdırılan) döyüş sursatlarından istifadə edən 40 mm çaplı avtomatik qumbaraatan daxildir. Bundan başqa, döyüş moduluna 30 mm-ə qədər müxtəlif silahlar və PUA-lara qarşı istifadə edilə bilən zenit raketləri daxildir.

Danimarka isə “Kongsberg”ə sifariş verdiyi döyüş modullarını yeni aldığı “Piranha V” 8×8 nəqliyyat vasitələrinə quraşdıracaq.

Qeyd edək ki, hazırda “Protector” döyüş modulları 23 ölkənin silahlanmasına daxildir. Ümumilikdə bu günədək 20 minə yaxın “Protector” istehsal edilib.

Sentyabr ayında “Kongsberg” şirkəti ABŞ Ordusu ilə “Protector”un çatdırılmasına dair 48 mln. dollarlıq müqavilə imzalayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş