Konstantin Manuxin: “Ermənistanın hərbi sənaye kompleksinin inkişafı haqqında fikirlər fantastikadır”

“Ermənistan parlamentinin Daxili işlər komitəsinin sədri Koryun Nahapetyanın 2016-cı ildə Ermənistanın hərbi sənaye kompleksinin inkişafının davam etdiriləcəyi barədə ehtimal ki fantastika sahəsinə aiddir”.

“AzeriDefence”nin məlumatına görə, bu barədə erməni deputatın fikirlərini şərh edən Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, istefada olan polkovnik Konstantin Manuxin bildirib.

“Bizə məlumdur bu ölkənin iqtisadiyyatı nə qədər inkişaf edib, Ermənistanın müdafiə sferası və hərbi sektor hansı vəziyyətdədir. Belə populist çıxışlar yalnız adi erməni sakininə hesablanıb. Erməni əsgərində müasir silahlar, döyüş sursatı çatmırsa, köhnə texnika çətinliklə işə salınırsa hansı müasirləşdirmə haqqında söhbət gedə bilər”, – deyə hərbi ekspert qeyd edib.

“Hamıya məlumdur ki, hərbi məhsulun istehsalı üzrə ixtisaslaşdırılan sənaye zavodları və yüksək ixtisaslı mütəxəssislər ölkənin hərbi sənaye kompleksinin inkişafında əsas rolu oynayır. Aqrar sənaye ölkəsi olan Ermənistanda hamıya məlum səbəbdən nə o var, nə də başqası. Bütün əsas zavodlar, sənaye kompleksləri, elmi-istehsalat birləşmələri xüsusi simalar tərəfindən özəlləşdirilib, satıb və ya tamamilə köhnəlib və tənəzzülə uğrayıb. Mütəxəssislər barədə isə heç nə danışmaq olmur. Erməni hakimiyyətinin rəsmi məlumatlarına görə, hər il ən azı 60 min insan Ermənistanı tərk edir və onların arasında əsasən iqtisadiyyatın prioritetli sahələrində xüsusən müdafiə sferasında ixtisaslaşanlar var”, – deyə Konstantin Manuxin qeyd edib.

Ekspert qeyd edib ki, bütün bunlara əlavə olaraq, dünyadakı iqtisadi böhranı, o cümlədən Ermənistanda xarici və daxili borcun ÜDM-in 50%-dən çoxunu təşkil etməsini əlavə etsək Ermənistan rəsmilərinin fikirlərinin yalnız söz olduğunu görmək olar.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş