“Kontakt Home” döyüşə gedən əməkdaşlarının ailəsinə maddi yardım edəcək

“Kontakt Home” döyüşə gedən əməkdaşlarının ailəsinə maddi yardım edəcək

Hazırda ölkə vətəndaşları kimi “Kontakt Home” əməkdaşları da xüsusi toplanışlara çağırılır.

Azeri Defence saytının məlumatına görə, bu barədə Azərbaycanın ən böyük riteyl şəbəkələrindən olan “Kontakt Home” şirkətinin sosial media hesabında deyilib.

Paylaşımda bildirilib: “Gözləri arxada qalmasın! Səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış hər bir əməkdaşımızın ailəsinə 500 manat məbləğində maddi yardım ödəyəcəyik. Əməkdaşların bütün xidməti boyu əmək haqları da 100% saxlanacaq.

Cəbhə bölgəsindən xoş soraqlar gətirin! Sizinlə fəxr edirik!”

KATEQORIYA:
Bu xəbəri paylaş