“Konvert-8” vertikal uça və enə biləcək

Rusiyanın Problemlərin Tətbiqi üzrə Elmi-Tədqiqat İnstitutunda yeni pilotsuz uçuş aparatı (PUA) yaradılıb.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, “Konvert-8” PUA-sı sələflərindən uçuş və eniş imkanlarındakı yenilikləri ilə fərqlənir.

İnstitutdan bildirilib ki, “Konvert-8” təyyarə kimi horizontal uçuş həyata keçirə bilir, yerə hərəkət edə bilir, vertikal şəkildə uça və eniş edə bilir. Bu isə helikopterlərə xarakterik texniki imkandır.

Bu PUA hərbi-kəşfiyyat işləri ilə yanaşı, kiçiş ölçülü texniki vəsaitlərin çətin keçirləcək yerlərə çatdırılması üçün nəzərdə tutulub. Onun vertikal eniş və uçuş edə bilməsi buna imkan yaradır.

PUA-nın çəkisi 8 kq, uzunluğu isə 1,6 metrdir.

“Konvert-8” hazırda sınaq mərhələsindədir. geniş istehsal prosesi başlayan zaman PUA-nın ölçüsünün böyüdülməsi də mümkün variantlardan hesab olunur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş