Koreya Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gələcək

Koreya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Jung Ho Subun Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə diplomatik mənbələrdən məlumat verilib.

Noyabrın 9-dan 11-dək davam edəcək səfər çərçivəsində Koreya nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyində və digər qurumlarda görüşləri olacaq.

Bu Cənubi Koreya Silahlı Qüvvələrinin rəhbərliyindən Azərbaycana ikinci səfərdir. Bundan əvvəl Koreya müdafiə nazirinin müavini Bakıda olub.

KATEQORIYA:
Bu xəbəri paylaş