Koreya hərbi şirkətlərinin məhsulları Bakıda təqdim olundu

Sentyabrın 19-da Bakıda Koreya şirkətləri tərəfindən istehsal olunan müdafiə təyinatlı məmulatların təqdimatı keçirilib. “AzeriDefence.com” saytının məlumatına görə, sərgi-təqdimatda Azərbaycan Silahlı Qüvvələrinin, müxtəlif güc strukturlarının mütəxəssisləri iştirak ediblər.

Bu gün həmçinin Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Koreya Respublikasının Müdafiəyə Nail olunması Proqramı Administrasiyasının sədri Chung Jae Woonun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətilə görüş keçirilib. MSN-in mətbuat xidmətinin yaydığı məlumata görə, nazir müavini Yəhya Musayev nümayəndə heyətinə nazirliyin yaranması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə Koreya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Chung Jae Woon səmimi qəbula görə minnətdarlığını bildirib.

Səfər çərçivəsində nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olması üçün nazirliyin Elektron Hesablayıcı Maşınları zavoduna ziyarəti nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş