Koreya Ordusunun yeni snayper tüfəngi – K-14

Koreya Ordusu yerli istehsal olan K-14 snayper tüfəngi silahlanmaya qəbul edib. Bu barədə “AzeriDefence” ARMS-TASS agentliyinə istinadən məlumat verib.

S&T Motiv şirkəti tərəfindən Cənubi Koreya ordu xüsusi təyinatlı dəstəsi və dəniz piyada qoşunları üçün K-14 snayper tüfənginin hazırlanmasına 2011-ci ildə başlanıb.

K-14 uzun-sürüşən çaxmaq, qısaldılmış lülə qutusuna malikdir və 7.62×51 mm çaplı patronlardan atəş açır. Tüfəngin effektiv atış məsafəsi 800 m təşkil edir. Bu Cənubi Koreya silahlı qüvvələrinin tarixində yerli istehsal olan birinci snayper tüfəngidir.

İstehsalçı şirkət hazırda bu tüfəngin İordaniyaya və digər Yaxın Şərq ölkələrinin silah bazarına çıxarılması üzərində işləyir.

KATEQORIYA:
Bu xəbəri paylaş