Koreya zirehli hərbi maşınlar üçün aktiv müdafiə sistemi yaradıb

Cənubi Koreyanın Həbi Hazırlamalar Agentliyi (ADD) zirehli hərbi maşınlar üçün aktiv müdafiə sistemi yaradıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Defense News” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, aktiv müdafiə sisteminin (APS) əsasında yaxınlaşan mərmiləri, idarə olunan tank əleyhinə raketləri 150 metr məsafədən təyin edən radiolokasiya qurğuları və üç koordinatlı termal sistem dayanır. Raket müəyyənləşdirildikdən sonra onun hərəkət kursu müəyyənləşdirilir və yaxınlaşan mərmi hədəfdən 10-15 metr uzaqda partladılır.

Düşmən raketinin aşkar edilməsi və məhvi 0,2-0,3 saniyə ərzində həyata keçirilir. Sistemin silahlanmasına 70-mm-lik raket daxildir.

Yaxın vaxtlarda aktiv müdafiənin sistemi “K2 Black Panther” əsas döyüş tankına qurulacaq. Gələcəkdə hərbi maşınlar, gəmilər, helikopterlər və hökumət obyektləri üçün APS aktiv müdafiə sistemlərinin yaradılması planlaşdırılır.

APS-in bir dəstinin dəyəri təxminən 600 min ABŞ dolları təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş