Koreyada aviasiya hədəflərini məhv edəcək yeni sistem yaradılıb

Cənubi Koreyada K30 “Biho” zenit özüyeriyən qurğusunun (ZÖQ) sınaq təlimləri davam etdirilir.

“AzeriDefence”nin məlumatına görə, “Uçan pələng” adı verilən bu sistem yeni əlavə dəstəkçi raket anbarı – bloku ilə  də təmin olunub. Həmin blok isə KP-SAM “Shin-Gung” adlanır.

LIG Nex1 şirkətinin məhsulu olan sistem 30 mm topla təchiz olunub. Silah dəqiqədə 600 atəş aça bilir.  Effektli atəş zərbəsinin məsafəsi 3 km-ə qədərdir.

Silah hava hədəflərini dəqiq məhv etmək qabiliyyətinə malikdir.

Ümumilikdə atəş məsafəsi isə 7 km-dək çata bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş