“Korsar” TƏİR-dən yeni raketlərlə atış testi keçirilib

Ukraynanın “Luç” Konstruktor Bürosu “Korsar” portativ tank əleyhinə idarə olunan raket kompleksindən yüksək partlayıcı döyüş başlığı ilə təchiz edilmiş yeni raketin atış testini keçirib.

Testlər zamanı 50 mm qalınlığında zireh lövhələri RK-3OF raketi vasitəsi ilə deşilib.

“Korsar” düşmənin zirehli texnikasının, o cümlədən birləşdirilmiş möhkəmləndirilmiş atış nöqtələrinin arxasındakı canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulur. RK-3K tandem döyüş başlığı ən azı 550 mm qalınlığında zirehə nüfuz edir.

“Korsar” TƏİR ABŞ-ın FGM-148 “Javelin” raketinə bənzəyir və 2.5 km məsafədə hədəfləri lazer şüalarından istifadı etməklə vurmağı bacarır.

Kompleksin əsas xüsusiyyətlərindən biri əlavə qurğular olmadan atəşin qurğu çiyinə keçirilməklə aparıla bilməsidir.

korsar

 

KATEQORIYA:
Bu xəbəri paylaş