“Kövsər” təyyarəsinin növbəti partiyası İran Ordusunun silahlanmasına verilib

“Kövsər” təyyarəsinin növbəti partiyası İran Ordusunun silahlanmasına verilib

İranın İsfahan müdafiə sənayesi zavodunda istehsal olunan “Kövsər” adlı döyüş təyyarəsinin növbəti partiyası Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Müdafiə naziri general Əmir Hatəminin iştirakı ilə keçirilən mərasimdə 3 ədəd “Kövsər” təyyarəsi HHQ-ə təhvil verilib.

Mərasimdə çıxış edən Müdafiə naziri bildirib ki, “Kövsər” döyüş təyyarəsi milli imkanlar hesabına İran mütəxəssisləri tərəfindən hazırlanıb və hava əməliyyatları üçün yüksək texnoloji imkanlara malikdir.

Qeyd edək ki, İran müdafiə sənayesi 2018-ci ildə “Kövsər” döyüş təyyarəsinin seriyalı istehsalına başlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş