KPE “Ansar” döyüş modulu ilə atış sınaqları keçirib – FOTO

KPE “Ansar” döyüş modulu ilə atış sınaqları keçirib – FOTO

“Kazakhstan Paramount Engineering” (KPE) şirkəti 8×8 təkər formullu “Barıs” zirehli döyüş maşınının üzərində 30 mm çaplı topla silahlandırılmış “Ansar” döyüş modulunun atış sınaqlarını keçirib.

“AzeriDefence”nin məlumatına görə, KPE şirkəti özünün sosial media hesabında bununla bağlı məlumat yayıb.

Döyüş modulu ilə keçirilən gündüz və gecə atışlarında yüksək nəticələr əldə olunub. Şirkət yeni məhsulun yaxın vaxtlarda sifarişçiyə təqdim edilmək üçün hazır olacağını açıqlayıb.

“Ansar” döyüş modulunun əsas silahı 30 mm 2A72 avtomat top və 7.62 mm çaplı PKTM pulemyotudur. Döyü modulu hədəf axtarış radarı, TV kamera, termal kamera və lazer məsafəölçəni birləşdirən optik modul qurğusu, 3D6 tüstü qumbaraları, 2 ədəd tank əleyhinə idarə olunan raket və ya “Şmel” odaatanı ilə silahlandırıla bilər. Üfiqi müstəvidə 360°, şaquli müstəvidə -10°/+75° bucaq altında atəş aça bilən döyüş modulunun damında hədəf axtarış radarı və optik kompleks yerləşdirilib. Döyüş modulunun ümumi hündürlüyü 1477 mm təşkil edir.

Foto© Qriqori Bedenko

KATEQORIYA:
Bu xəbəri paylaş