KrAZ avtomobilləri yeni mühərriklə təchiz olunub

Ukraynanın Kremençuk Avtomobil Zavodu (KrAZ) 63221 şassisi üzərində istehsal olunan avtomobillərini yeni mühərriklərlə təchiz etməyə başlayıb.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, yeni mühərrik xüsusi təyinatlar üçün nəzərdə tutulub.

Mühərrik altıslindirli turbogücləndiricilidir və “Ford-Ecotorq”un bazası əsasında hazırlanıb.

Yeni mühərrik həm də Evro-5 sinifinə aiddir.

Məlumatda o da qeyd olunub ki, “Ford”un bu tip mühərriki kiçik həcmli zirehli maşınlarda da istifadə olunur.

Öz sinifində ən kompakt mühərrik hesab edilən “Ford-Ecotorq 9.0L 360PS”in yanacaq sərfiyyatı da 9 litrdir.

Xatırladaq ki, “AvtoKrAZ” müəssisəsi öz məhsullarını postsovet respublikaları ilə yanaşı Avropa ölkələrinə də ixrac edir.

KATEQORIYA:
Bu xəbəri paylaş