KrAZ pirotexnik maddələrin daşınması üçün maşın yaradıb – FOTOLAR

Ukraynanın KrAZ şirkəti pirotexnik vasitələrin daşınması və digər humanitar məqsədlər üçün avtomobil yaradıb.

“AzeriDefence”nin şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, bu xüsusi maşın ərazilərin minalardan təmizlənməsi, operativ xilasetmə xidmətinin həyata keçirilməsi, partlayıcı maddələrin zərərsizləşdirilməsi məqsədilə yaradılıb.

Avtomobil KrAZ-5233VЕ-ün bazasında yaradılıb. Maşının kranı 2 tona qədər yükləri 15 metr məsafədə belə qaldırmaqda təyinatlıdır. Maşın 355 turbodizel mühərriki ilə təchiz olunub.

Avtomobilin kabinası zirehlidir. Kabina 45VT diopozonunda fəaliyyət göstərən UKV radiostansiyası, stasionar rəqəmsal GPS naviqasiya sistemi, yanğın əleyhinə qurğu, təhlükəsizlik kəməri və digər vasitələrlə təchiz olunub.

Adıçəkilən maşın Ukrayna Ordusunun Donbas vilayətində separatçılardan azad edilən ərazilərinin  minalardan təmizləmə prosesinə cəlb olunacaq.

21-04-16_001

3

4

 

KATEQORIYA:
Bu xəbəri paylaş