KrAZ yeni “Fiona” zirehli avtomobilini təqdim etdi – FOTOLAR

Ukrayna istehsalı olan KrAZ – “Fiona” zirehli avtomobilinin təqdimatı keçirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, yeni zirehli maşın Kremençuk avtomobil zavodunda Kanada- Birləşmiş Ərəb Əmirliyi müştərək şirkəti olan “Streit Group”la birgə istehsal edilib.

“Fiona”nın təyinatı şəhər və ya keçilməz ərazilərdə döyüş tapşırığını yerinə yetirməkdir. Avtomobil tam olaraq zirehlə əhatə olunub və şəxsi heyəti maşının istənilən hissəsindən mərmi zərbələrindən qoruya bilir.

Maşının təkərləri “run-flat” sistemi ilə düzəldilib. Avtomobilin salonu sifarişçinin istəyinə uyğun dəyişdirilə bilər.

“Fiona” KrAZ-6322-nin şassisinin bazasında istehsal olunub.

Maşın müxtəlif mühərriklə də fəaliyyət göstərə bilir. Bu da sifarişçinin istəyinə uyğun həyata keçirilməsi mümkün ola bilər. Avtomobil zavod versiyasında isə 330 at güclü MFZ-430 dizel mühərriklə təmin olunub. Maşının ötürücüsü isə “Fast Gear”dır.

Maşın hidrovlik rul, hərəkətli ön işıqlarla, arxa hissəni görmə kamerası və digər qurğularla təchiz olunub.

Maşının ballistik müdafiəsinin dərəcəsi isə “Stanag 4569” standartı üzrə “Level 3”dür.

fion2

fion3

fion4

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş