Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarətinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan rəsmi qaydada Azərbaycana gələn 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş