Küveyt “Patriot PAC-3” raket sistemləri alır

Küveyt “Patriot PAC-3” raket sistemləri alır

ABŞ Dövlət Departamenti Küveyt Hökumətinə yerüstü “Patriot” zenit-raket kompleksinin 84 ədəd PAC-3 (Patriot Advanced Capability-3) MSE raketləri və təxminən 800 milyon dollar dəyərində müvafiq avadanlıq satılması barədə qərar qəbul edib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

Qeyd edək ki, “Patriot” kompleksləri bir neçə dəfə modernizə olunub. “Patriot”un son modernizə olunan variantı PAC raketləri ilə təchiz edilib. “Patriot PAC-3” zenit-raket kompleksləri təyyarələr, uzaqmənzilli və qanadlı raketlər, pilotsuz uçuş aparatları və hava hücumuna daxil olan digər silahlardan qorunmaq üçün mükəmməl döyüş qurğusu hesab olunur.

“Reytheon” şirkətinin istehsal etdiyi “Patriot” sisteminin ən aktual konfiqurasiyası “Patriot” ZRK “Configuration 3+” sayəsində PAC-3 MSE zenit-raketindən istifadə edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş