“Kvitnik” seriyalı istehsala hazırdır

“Kvitnik” seriyalı istehsala hazırdır

Ukraynanın “Kvitnik” idarə olunan artilleriya mərmiləri təkmilləşdirilib.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

“Proqress” Elmi İstehsalat Birliyi Dövlət Müəssisəsində təkmilləşdirilən “Kvitnik” dövlət sınaqlarına və seriyalı istehsala hazırdır. Şirkət Ukrayna Müdafiə Nazirliyinin sifarişlərini gözləyir.

“Kvitnik” 152 mm və 155 mm kalibrlərdə istehsal edilə bilər. “Kvitnik” mərmiləri sovet istehsalı olan “Akasiya”, “Msta-S”, Çexiya istehsalı olan “Dana” özüyeriyən, habelə yedəklənən D-20, NATO ordularında istifadə edilən  “Panther”, M-777 və digər 155 mm-lik haubitsalardan atıla bilir.

“Kvitnik” yarı aktiv özütuşlanan lazer başlıq vasitəsilə hədəfə yönəlir. Mərmi açıq arxitekturaya malikdir. Həm NATO standartlı,  həm də digər ölkələrin istehsalı olan lazer hədəf nöqtələyicilərlə istifadə oluna bilir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, ”Kvitnik” xarici analoqlarından həm dəqiqlik, həm etibarlılıq, həm də qiymətinin Rusiya, Almaniya, ABŞ istehsalı olan anoloji mərmilərdən dəfələrlə ucuz olması ilə fərqlənir.

KATEQORIYA:
Bu xəbəri paylaş