L-39NG təlim-döyüş təyyarəsinin sınaq təlimləri yekunlaşıb

“Aero Vodochody Aerospace” şirkəti modernləşdirimiş L-39NG təlim-döyüş təyyarəsinin sınaq təlimlərini yekunlaşdırıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

L-39NG təlim-döyüş təyyarəsinin ilk uçuş nümayişi 2015-ci il sentyabrın 14-də Çexiyanın paytaxtı Praqa yaxınlığındakı “Aero Vodochody Aerospace” şirkətinin aerodromunda həyata keçirilib.

L-39NG ABŞ istehsalı olan “Williams International FJ44-4M” mühərriki ilə təchiz olunub.

Təyyarənin ümumi çəkisi isə 1700 kq-dır. Bundan başqa təlim təyyarəsi rəqəmsal idarəetmə sistemi ilə də təchiz edilib. L-39NG-nin avionikası da yenidən formalaşdırılıb. Belə ki, təyyarəyə “Genesys Aerosystems” istehsalı olan bort quraşdırılıb.

Pilot oturacağı da yeni “0-0” katapulta ilə təchiz edilib. L-39NG qanadaltı hissədə silah da daşıya biləcək.
Təyyarədə ciddi modernləşdirmə işləri aparılsa da klassik görünüşü saxlanılıb.

Artıq Tayland L-39-un əvvəlki və modernləşdirilmiş versiyasının alınması ilə bağlı qərarını açıqlayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş