L-39NG təyyarəsinin ilk uçuşu həyata keçirildi

Modernləşdirimiş L-39NG təlim-döyüş təyyarəsinin ilk uçuşu həyata keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Aero Vodochody Aerospace”  şirkəti məlumat verilib.

Nümayiş Çexiyanın paytaxtı Praqa yaxınlığındakı “Aero Vodochody Aerospace” şirkətinin aerodromunda keçirilib.

Açıqlamada qeyd olunub ki, L-39NG ABŞ istehsalı olan “Williams International FJ44-4M” mühərriki ilə təchiz olunub.

Təyyarənin çəkisi isə 1700 kq-dır. Bundan başqa təlim təyyarəsi rəqəmsal idarəetmə sistemi ilə də təchiz edilib. L-39NG-nin avionikası da yenidən formalaşdırılıb. Belə ki, təyyarəyə “Genesys Aerosystems” istehsalı olan bort quraşdırılıb.

Pilot oturacağı da yeni “0-0” katapulta ilə təchiz edilib. L-39NG qanadaltı hissədə silah da daşıya biləcək.

Təyyarədə ciddi modernləşdirmə işləri aparılsa da klassik görünüşü saxlanılıb.

Artıq Tayland L-39-un əvvəlki və modernləşdirilmiş versiyasının alınması ilə bağlı qərarını açıqlayıb.

Təyyarənin 2018-ci ildən tam satışına başlanılacağı bildirilib.

l39ng

 

p1510418

KATEQORIYA:
Bu xəbəri paylaş