
Laçını tərk edən ermənilər evləri yandırırlar
Laçın rayonunda yaşayan ermənilər artıq ərazini tərk etməyə başlayıblar.
Bu barədə “Azeri Defence” “RİA Novosti” agentliyinə istinadən məlumat verib.
Görüntülərdən göründüyü qədəriylə ermənilər evlərini tərk edərkən qapı-pəncərəni sökərək maşınlara yığırlar, özləri ilə apara bilmədiklərinə isə od vurub yandırırlar.
Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli bəyanatına əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil veriləcək.
KATEQORIYA: Xəbərlər