Latviya Amerikadan 3 ədəd TPS-77 çoxfunksiyalı radiolokasiya sistemi alır

Latviyanın Müdafiə Nazirliyi ABŞ-ın “Lockheed Martin” şirkəti ilə üç ədəd TPS-77 çoxfunksiyalı radiolokasiya sisteminin (Multi-rol Radar-MRR) satın alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” “Lockheed Martin” şirkətinə istinadən məlumat verib.

Imza mərasimində danışan Latviyanın müdafiə naziri Raymond Bergmanis bildirib ki, MRR sistemi təl Latviyanın deyil, ümumilikdə bütün NATO ölkələrinin üzləşdiyi müasir təhlükələri aşkarlamağa və zamanında cavab tədbirləri görməyə imkan verəcək.

TPS-77 MMR “Lockheed Martin”in TPS-77 ailəsinin digər radarları kimi qallium nitrat (QaN) texnologiyasından istifadə edir.
Qeyd edək ki, hazırda Latviyanın silahlanmasında 3 ədəd TPS-77 radarı mövcuddur. Cari ildə həmin radarlardan birinin modernləşdirilməsi həyata keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş