Latviya İsveçdən RBS-70 raketləri alır
Latviyanın Müdafiə Nazirliyi İsveçin Saab şirkəti ilə RBS-70 raketlərin satınalınmasına dair müqavilə bağlayıb.
Bu barədə “AzeriDefence” Saab şirkətinin mətbuat mərkəzinə istinadən məlumat verib.
Raketlərin sifarişçiyə çatdırılması 2015-2016-cı illər ərzində baş tutacaq.
Müqaviləyə raketlərin çatdırılması, təlimi və gələcəkdə əlavə sifariş seçimi daxildir.
Qeyd edək ki, Latviya RBS-70 raketlərinin ilk partiyasını 2004-cü ildə alıb.
Qısa mənzilli yerüstü hava hücumundan müdafiə raket sistemlərinə daxil olan RBS-70 hazırda 19 ölkənin (1600-dən çox) silahlanmasında yer alır. Saab bu yaxınlarda adıçəkilən raketin RBS-70NG adlı yeni nəslinin yaradılmasına başlanıldığını elan edib.
KATEQORIYA: Aerospace