Latviya Ordusu yerli PUA tədarük edir

Latviya Ordusu yerli PUA tədarük edir

Latviyanın Müdafiə Nazirliyi yerli “UAV Factory” şirkəti ilə ordunun pilotsuz uçuş aparatları (PUA) ilə təchiz edilməsinə dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” Latviyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Latviya Ordusuna verilən PUA-lardan hərbi məqsədlərlə yanaşı axtarış, xilasetmə və digər bu kimi mülki əməliyyatlarda da istifadə ediləcək.

Qeyd edək ki, ötən il “UAV Factory” şirkəti Latviya Silahlı Qüvvələri ilə PUA-ların ordu sınaqlarına verilməsinə dair müqavilə imzalayıb.

Sınaq nəticələri əsasında Latviya Silahlı Qüvvələrinə 2020-ci ilin ikinci yarısında təhvil veriləcək PUA-ların növbəti partiyasında təkmilləşdirmələr aparılır. Razılaşmaya görə, artıq təhvil verilmiş sistemlər də təkmilləşdiriləcək.

2009-cu ildə yaradılmış “UAV Factory” şirkətinin Latviya və ABŞ-da satış ofisləri var. Şirkət tərəfindən istehsal olunan pilotsuz uçuş aparatları və kameralar dünyanın 50-dən çox ölkəsində müxtəlif hərbi, mülki və tədris mərkəzləri tərəfindən istifadə olunur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş