Latviya “Polaris” şirkətindən hərbi nəqliyyat vasitələri alacaq

Latviya Milli Silahlı Qüvvələri ilə “Polaris” şirkəti arasında ABŞ hökumətinin xarici hərbi satış proqramı xətti ilə taktik nəqliyyat vasitələrinin alqı-satqısına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə “Polaris” şirkətinin mətbuat və ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Ümumi dəyəri təxminən 500 min ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Latviya Ordusu üçün açıqlanmayan sayda “Polaris MRZR® 2”, SPORTSMAN® 6×6 və MV850™ nəqliyyat vasitəsi tədarük ediləcək.

Müqaviləyə avtomobillər üçün ehtiyat hissələri, həmçinin operator və texniki təlimat daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş