Latviya “SWATH” katamaranını istismara daxil edib

Latviya Hərbi Dəniz Qüvvələrində “SWATH” (Small Waterplane Area Twin Hull) mühafizə gəmisi silahlanmaya qəbul olunub.

“AzeriDefence”nin Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Çesis” adı ilə istismara verilən gəmi 2007-ci ildə Almaniya şirkəti olan “Abekinq and Rasmisen”lə Latviyanın “Riqa shpyard” kompaniyası arasında bağlanan müqavilə əsasında tikilib. 55,3 milyon avro dəyərində bağlanan müqavilədə 5 mühafizə gəmisinin Latviya Hərbi Dəniz Qüvvələrinə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “SWATH” katamaranı 1960-cı il buraxılışlı “Ştorm” gəmilərini əvəzləyəcək.
“SWATH”ın uzunluğu 25,7 metr, su tutumu isə 125 tondur. Katamaran iki ədəd “MAN D 2842” dizel mühərriki ilə təchiz olunub. Gəminin şəxsi heyəti isə 8 nəfərdir.

KATEQORIYA:
Bu xəbəri paylaş