Latviyanın müdafiə naziri Azərbaycana gəlir

Avqustun 7-də Latviyanın müdafiə naziri Raymonds Veyonis Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər avqustun 11-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş