“Leonardo” şirkətinin yeni RAT-31DL radarının sınaqları keçirilib

“Leonardo” şirkətinin yeni RAT-31DL radarının sınaqları keçirilib

İtaliyanın “Leonardo” Korporasiyası tərəfindən hazırlanan 3D Long Range FADR (RAT-31DL) radarının zavod sınaqları tamamlanıb.

Bu barədə Azeri Defence saytına “Leonardo” Korporasiyasından məlumat verilib.

Şirkət mütəxəssilərinin sözlərinə görə, Avstriya Hava Qüvvələrinin sifarişi əsasında hazırlanan yeni RAT-31DL radarının sınaqları uğurla nəticələnib. RAT-31DL radarının Avstriyanın təhlükəsizliyi üçün önəmli bir sistem olduğu bildirilib.

RAT-31DL radarı bu günün standartlarına uyğun olaraq yenilənmiş yeni bir prosessorun tətbiqini əhatə edir. Radar sistemi NATO-nun Mode 5 level 2 səviyyəsinə uyğundur.

RAT-31DL radarının 2020-ci ilin sonuna qədər Avstriya Ordusunun silahlanmasına qəbul ediləcəyi planlaşdırırlıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş