Litva NASAMS III hava hücumundan müdafiə sistemini təhvil alıb

Litva NASAMS III hava hücumundan müdafiə sistemini təhvil alıb

Litva Silahlı Qüvvələri Norveçin “Kongsberg” şirkətinə sifariş verdiyi NASAMS orta mənzilli hava hücumundan müdafiə sistemlərini təhvil alıb.

Bu barədə “Azeri Defence” Litva Müdafiə Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Litva Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Taborunda keçirilən sınaqların nəticələri müsbət olub və bundan sonra raket sistemi sifarişçiyə təhvil verilib.

Litvanın Milli Müdafiə Naziri Raimundas Karoblis bildirib ki, NASAMS Litvanın hava məkanında müdafiəsini daha da gücləndirəcək.

NASAMS NATO daxilində ən çox istifadə edilən orta mənzilli hava hücumundan müdafiə sistemidir. Litva “Kongsberg” şirkətindən ən son – üçüncü nəsil sistemi NASAMS III satın alıb.

Satın alınmış sistem Litva Silahlı Qüvvələrinin istifadəsində olan RBS-70 qısa mənzilli hava hücumundan müdafiə sistemləri ilə birləşdiriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş