Litva Ordusu HK SFP9 SF tapançasını seçdi

Litva Ordusu HK SFP9 SF tapançasını seçdi

Litva Müdafiə Nazirliyi Almaniyanın “Heckler & Koch” şirkəti ilə ordu üçün SFP9 SF “Paddle” tapançalarının satın alınmasına dair müqavilə imzalayıb.

Azeri Defence saytının bildirdiyinə görə, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilənin dəyəri 1,57 milyon avro təşkil edir və sifariş üzrə tapançaların çatdırılması 2021-ci ilin sonunadək tamamlanacaq.

Bununla da Litva qoşunları vahid tapançadan istifadə edəcək.

Litva Silahlı Qüvvələrinin elan etdiyi müsabiqədə 3 istehsalçı iştirak edib.

Hazırda Litva Silahlı Qüvvələri əksəriyyəti resursu tükənən Avstriya GLOCK 17, American COLT 1911 və Çex CZ75 tapançalarından istifadə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş