Litva Ordusunda görünməmiş hadisə: Alternativ qida menyusu hazırlandı

Litva Ordusunun komandanlığı bəzi kateqoriyalı hərbçilər üçün alternativ qida rasionunu təsdiq edib.

“AzeriDefence”nin məlumatına görə, Litva Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ordu rəhbərliyinə edilən müraciətlərə əsasən, silahlı qüvvələrin şəxsi heyətinin qidalanma menyusunda vegeterianların nəzərə alınması uyğun sayılıb.

Çünki odruda xidmət edən vegeterianlar daim hüquqlarının pozulduğundan şikayət edirmişlər.

Vegeterianlar üçün hazırlanan yeni menyuda ət, balıq, toyuq və süd məhsulları olmayacaq, burada əsas üstünlük bitki – meyvə və tərəvəzdən hazırlanan yeməklərə veriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş