Litva Ukraynaya 2 milyon avro dəyərində silah verəcək

Litva Ukraynaya 2 milyon avro dəyərində silah verməyi planlaşdırır.

“AzeriDefence” xəbər verir ki, bu haqda “RİA Novosti” agentliyi Litva hökumətinin hazırladığı qanun layihəsinə istinadən məlumat yayıb.

Məlumatda bildilir ki, 2017-ci il oktyabrın 1-də Litva hökuməti Ukrayna Müdafiə Nazirliyinə pulsuz olaraq dəyəri 1,931 milyon avro təşkil edən silah və sursat tədarük etmək haqında qərar qəbul edib.

Qanun layihəsində Ukraynaya 7 mindən çox “Kalaşnikov” avtomatı, 2 milyon patron, 80-dan çox pulemyot, bir neçə minaatan, tank əlehinə raketlər və.s. silahlar veriləcəyi göstərilib.

Sənədin əlavə hissəsində qeyd edilib ki, Litva üçün bu silah və sursatın satın alınma dəyəri 3 milyondan çox avro təşkil edib. Cari il dekbarın 4-nə qədər Litva Maliyyə Mazirliyi və Xarici İşlər Nazirliyi hökumətin hazırladığı bu qanun layihəsinə baxacaq.

Qeyd edək ki, Vilnüs ilk dəfə Kiyevə 2014-cü ildə silah-sursat verib.

KATEQORIYA:
Bu xəbəri paylaş