Litvada “Bokser”in sınaq təlimləri keçirilir

Litvada Almaniya istehsalı olan “Bokser” zirehli transportyorunun sınaq təlimlərinə başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, “Kraus Maffey Veqmann” Konserninin istehsalı olan təkərli zirehli maşın 30 mm-lik topla təchiz edilib.

Təlimlərin yekunundan sonra “Bokser”in Litva Ordusunun silahlanmasına cəlb olunub-olunmaması barədə qərar veriləcək.

Təlimlərin məqsədi maşının Litva Silahlı Qüvvələrinin istismarına verilməsidir.
Məlumatda o da bildirilir ki, daha yaxşı müdafiə örtüyü olan “Bokser” az zirehli Rusiya istehsalı olan BTR-80 və BMP-2 üçün təhlükəli sayılır.

Mütəxəssislər bildirir ki, “Bokser” Rusiyanın T-72 və T-64-ləri ilə də döyüş meydanında rahatlıqla qarşı-qarşıya gələ bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş