Liviyada AB qazandı Amerika itirdi – ANALİZ

Tuncer Bahçıvan
hərbi jurnalist, Türkiyə
Liviya əməliyyatı başladıqdan bir neçə gün sonra Amerika çəkilmiş, əməliyyatı AB ölkələrinə təhvil vermişdi. Sanki “nə işiniz varsa görün, mən yoxum”,- demişdi. Bəzi hərbi analitiklər o zaman bu davranışı Amerika üçün bir itki olaraq xarakterizə etmirdilər.

Zaman içində onların haqlı olduğu ortaya çıxdı. Liviya əməliyyatında Avropa silahlarının “ulduzu parladı”. Raket, bomba istehsalçıları müdhiş sifarişlər aldılar. Bunlar BAE, EADS, Finmeccanica, SAGEM kimi şirkətlər sayıla bilər.

Açıqcası, yeni silahlarının testlərini Liviya üzərində etmə fürsətini qazanan Avropalı silah istehsalçıları qazandı. Hərbi mediada tez-tez adları keçdi və tanındılar. (Çox əxlaqi bir şey deyil amma döyüşün gerçəklərindən biri də budur. Amerikanın hərbi texnologiyası bu sayədə böyüdü).

O döyüşdə önə çıxan ən əhəmiyyətli raket, “hava-yer” tipli İngilis mərmisi “Brimstone” oldu. MBDA tərəfində inkişaf etdirilən “at-unut” tipli mərminin atışlarda həddən artıq məqsədəuyğun olduğu görüldü. Amerikan AGM-114 “Hellfire” ilə eyni sinifdən olsa da, onun daha yaxşı izləmə sistemi var. İkili izləmə sistemlinə malikdir: həm lazer, həm də radarla idarə olunur. 55 kiloqramlıq “Brimstone” raketi müvəffəqiyyətli atışlarla hədəflərini yox etdi. Bu raketin mənzili də Amerikan “Hellfire”dən daha çoxdur. “Hellfire” 8, “Brimstone” isə 12 km mənzilə sahibdir. “Brimstone” İngiltərənin “Tornado” təyyarələri tərəfindən istifadə edildi.

Yenə fransız SAGEM-in istehsal etdiyi A2SM bombaları da, Amerikan JDAM ağıllı bombalarından geri qalmadı. “Rafale” təyyarələri tərəfindən istifadə edilən bombalar hədəflərdə çox müvəffəqiyyətli oldu.

Qısacası o Liviya döyüşlədən avropalılar qazanclı çıxdı. Həm də ilk dəfə Amerikasız bir əməliyyatı bitirərək cəsarət qazandılar. Baxaq bu “müvəffəqiyyət” fağır Orta Şərq və Afrika ölkələrinə necə başa gələcək.

Biz bu silahların müvəffəqiyyətli olduğunu yazdıq amma son hesabatlara görə Avropa silah və sursat satışlarında ciddi bir daralma da müzakirə mövzusudur. Avropa Müdafiə Agentliyi (ADA) xüsusilə yeni nəsil təyyarə və ağır silah tələblərində ciddi azalma olduğunu açıqlayıb.

www.gazeteci.tv

KATEQORIYA:
Bu xəbəri paylaş