“Lockheed Martin” Almaniyanın P-3C təyyarələrini təkmilləşdirir
ABŞ və Almaniya arasında 158,5 milyon dollar dəyərində müqavilə imzalanıb.
Azeridefence xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə əsasən ABŞ-ın “Lockheed Martin” şirkəti Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus P-3C “Orion” hərbi təyyarələrini təkmilləşdirəcək.
“Lockheed Martin” şirkəti 2016-cı ildə başlanan Alman P-3C modernləşdirmə proqramının ikinci mərhələsini əhatə edən müqavilənin imzaladığını cari ilin noybar ayının 1-də rəsmi şəkildə elan edib. İkinci mərhələdə “Lockheed Martin” tərəfindən P-3C təyarələrinə axtarış-nişangah kompleksinin (Airborne Tactical Mission System) inteqrasiyası və sınaqdan keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, P-3C “Orion” təyyarələrindən dəniz patrulu, kəşfiyyatı, su üstü və su altı gəmilər əleyhinə istifadə olunur. Müxtəlif radar sistemləri ilə təchiz olunmuş P-3C “Orion” nüvə başlıqlı su bombaları və torpidolar ilə silahlandırılır.