“Lockheed Martin” HIMARS tədarükünə dair sifariş alıb

“Lockheed Martin” HIMARS tədarükünə dair sifariş alıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Lockheed Martin” şirkətinə HIMARS (High Mobility Artillery Rocket System) raket sistemləri sifariş edib.

Bu barədə Azeri Defence saytı “Lockheed Martin” şirkətinə istinadən məlumat verib.

Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 183 milyon ABŞ dolları təşkil edir. Müqavilə çərçivəsində “Lockheed Martin” tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələri və beynəlxalq müştəri üçün 2022-ci ilin sonundan başlayaraq HIMARS raket sistemlərinin çatdırılması nəzərdə tutulub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş