Londonda Ermənistan və Böyük Britaniya arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb

Ermənistan və Böyük Britaniya 2016-2017-ci illərdə hərbi əməkdaşlığa dair saziş imzalayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, saziş Londonda Ermənistan müdafiə nazirinin 1-ci müavini David Tonoyan və Böyük Britaniyanın beynəlxalq təhlükəsizlik siyasəti qurumunun direktoru Nik Qar arasında imzalanıb.

 

Sazişdən irəli gələn plana uyğun olaraq iki ölkə hərbçiləri arasında qeyd olunan dövrdə hərbi təhsil, təlim, təcrübə mübadiləsi kimi istiqamətlərdə tədbirlər həyata keçiriləcək. Bundan başqa Britaniya Ermənistanın hərbi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də bu ölkə ilə konsultativ işlər aparacaq.

Səfər zamanı erməni nümayəndə heyəti Britaniyanın hərbi məsələlər üzrə beynəlxalq əməkdaşlıq naziri Julian Brayzerlə də görüşləri keçirilib.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş