LORA ballistik raketinin gəmidən atışı keçirilib

LORA ballistik raketinin gəmidən atışı keçirilib

İsrail Aerokosmik Sənayesi şirkəti (IAI) adı açıqlanmayan müştəri üçün LORA ballistik raketinin gəmidən buraxılış sınağını keçirib.

Bu barədə “AzeriDefence”ə IAI şirkətindən məlumat verilib.

Bu, LORA (Long-Range Artillery Weapon System /Uzun Mənzilli Artilleriya Silah Sistemi) ballistik raketin açıq dənizdə keçirilən ilk sınağıdır. Sınaq zamanı dənizdə əvvəlcədən təyin olunmuş, biri 90 km, digəri isə 400 km uzaqlıqda yerləşən hədəfə iki LORA raketi atılıb.

Hər iki ssenaridə raket hədəfləri yüksək dəqiqliklə vurub. Silah sistemi və raket sınaq tapşırıqlarının hamısına cavab veib.

IAI-nin MALAM bölməsi tərəfindən hazırlanmış LORA ballistik raketin dəqiqliyi 10 metrdir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş