LTAMDS radarının ilk sınaqları keçirilib

LTAMDS radarının ilk sınaqları keçirilib

ABŞ “Patriot” zenit-raket kompleksi (ZRK) üçün hazırlanan LTAMDS radarının ilk sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” “Raytheon” şirkətinə istinadən məlumat verib.

Bildirilib ki,  laboratoriya şəraitində keçirilən sınaqlar uğurla tamamlanıb.

Bundan sonra stansiyanın prototipinin real hədəflərdən istifadə edilməklə sınaqları başlayacaq.

“Patriot” kompleksləri üçün yeni bir radarın hazırlanması LTAMDS layihəsi çərçivəsində 2019-cu ilin payızından bəri davam edir.

“Raytheon” şirkəti ilk radar modelini 2022-ci ilin sonunadək sifarişçiyə təhvil verməyi planlaşdırır. Radar “Patriot” ZRK-nin tərkibinə daxil ediləcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş