“Lubawa Armenia” şirkəti Ermənistan Ordusu üçün 20 min ədəd zirehli gödəkcə istehsal edib

“Lubawa Armenia” şirkəti Ermənistan Ordusu üçün 20 min ədəd zirehli gödəkcə istehsal edib

Ermənistan-Polşa birgə müəssisəsi olan “Lubawa Armenia” şirkəti 2017-2019-cu illərdə Ermənistan Ordusu üçün 20 min ədəd zirehli gödəkcə istehsal edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Polşanın “Lubawa Group” şirkətinin illik hesabatında məlumat verilib.

Qeyd edək ki, zirehli gödəkcələrin ballistik lövhələri və texniki tekstili Polşadan gətirilərək layihələndirmə və tikiş işləri Ermənistanda həyata keçirilir. Müəssisə həmçinin dəbilqə istehsalını həyata keçirir.

“Lubawa Armenia” şirkəti 2017-ci ilin dekabr ayında Ermənistan Müdafiə Nazirliyi ilə imzalanmış 1.7 milyon dollar dəyərində müqavilə çərçivəsində Ermənistan Ordusu üçün tank və zirehli döyüş maşınlarının imitatorlarını tədarük edib.

2013-cü ildən bəri fəaliyyət göstərən “Lubawa Armenia” şirkətinin səhmlərin 51% -i Polşanın “Lubawa S.A” şirkətinə, 49%-i isə Ermənistan Müdafiə Nazirliyinin “Çarentsavan Maşınqayırma Zavodu” ASC-nə məxsusdur.

KATEQORIYA:
Bu xəbəri paylaş