Luç Bürosu gəmidən “İqla” raketləri ilə atəş açmaq üçün yeni sistem hazırlayıb

Ukraynanın Luç Dövlət Konstruktor Bürosu gəmilər üçün “İqla” tipli daşınan zenit raketlərindən istifadə edən yeni distans işəsalma qurğusu hazırlayıb. Bu barədə “AzeriDefence” Ukraynanın “Defense express” jurnalına istinadən məlumat verib.

“Arbalet-K” adlı işəsalma qurğusu hədəfləri aşkar etmək üçün uyğunlaşdırılmış termal və televiziya sistemi ilə təchiz edilib. Kompleksə “İqla” tipli dörd raket daxildir.

Sistem vizual görüş məsafəsində reaktiv və turbovintli təyyarələrin, helikopterlərin məhvi üçün nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş