Luç” Konstruktor Bürosu “IQDEX 2021” sərgisində məhsullarını təqdim edib

Luç” Konstruktor Bürosu “IQDEX 2021” sərgisində məhsullarını təqdim edib

“Luç” Kiyev Dövlət Konstruktor Bürosu” Dövlət Müəssisəsi “Proqress” İxtisaslaşmış Xarici Ticarət Dövlət Müəssisəsinin dəstəyi ilə cari ilin 10-13 aprel tarixlərində İraqın paytaxtı Bağdadda keçirilmiş “İQDEX 2021” beynəlxalq müdafiə sərgisində “Skif” tank əleyhinə idarə olunan raket kompleksini, “Corsar” daşınan yüngül raket kompleksini, “Baryer-S” tank əleyhinə raket kompleksini və digər yeni silahlarını nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat verib.

“Ukrayna müəssisələrinin birgə ekspozisiyası çərçivəsində “Luç” KDKB Dövlət Müəssisəsi “Skif” TƏİRK, “Corsar” DYRK, BMP-3 PDM 2A70 top-buraxma qurğusu üçün 100 mm-lik idarə olunan atəş yığımı, yüksək dəqiqlikli “Vilxa” YARS və “Baryer-S” TƏİRK təqdim etmişdir”, – deyə məlumatda bildirilir.

“IQDEX 2021” beynəlxalq müdafiə sərgisi, İraq Müdafiə, Daxili İşlər və Ticarət nazirlərinin tam dəstəyi ilə İraq Baş naziri və İraq Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər əl-Abadinin himayəsi altında keçirilir.

İraq Respublikasının Müdafiə naziri general-leytenant Cuma İnad Saadoun Əl-Cuburinin sözlərinə görə, “Luç” Dövlət Müəssisəsinin məhsulları milli Silahlı Qüvvələri əhəmiyyətli dərəcədə gücləndirə biləcək.

IQDEX (International Defense Exhibition Iraq), quru, dəniz və hava hücumundan müdafiə sektorlarındakı ən yeni texnologiyaları nümayiş etdirən müdafiə sahəsində aparıcı beynəlxalq müdafiə sərgilərdən biridir. Bölgədəki dövlət qurumları, iş yerləri və silahlı qüvvələrlə əlaqələrin qurulması və gücləndirilməsi üçün misilsiz bir platformadır.

Əhəd Əzizov

KATEQORIYA:
Bu xəbəri paylaş